Haqqımızda

Azərbaycan hüququ çərçivəsində yerli və xarici fiziki və hüquqi şəxslərə hüquqi məsləhət və təmsilçilik xidməti göstəririk.

Yerli və xarici müştərilər üçün hüquqi həllər
15

İllik təcrübə

Yerli və xarici müştərilər üçün hüquqi həllər

Fiziki şəxslərə, yerli biznes subyektlərinə və beynəlxalq müştərilərə Azərbaycan hüququ üzrə hüquqi məsləhət və təmsilçilik xidmətləri göstəririk. Tikinti, dövlət idarəçiliyi və fərdi məlumatların qorunması sahələrindəki təcrübəmizə əsaslanaraq, müştərilərimizin ehtiyac və maraqlarını nəzərə alır, hər bir iş üzrə praktik və məqsədəuyğun hüquqi həllər təklif edirik.

Şirkətimiz müxtəlif hüquq sahələrindəki təcrübəni vahid və praktik yanaşmada birləşdirir. Bizim üçün hüquqi məsləhət yalnız hüquqi rəy verməkdən ibarət deyil — bu, müştərilərimizin ehtiyaclarını anlamağı, mümkün hüquqi riskləri müəyyən etməyi və mürəkkəb məsələləri aydın və anlaşılan şəkildə izah etməyi də əhatə edir.

Hüquqi biliklərimizi müştərilərimizin məqsədlərini və fəaliyyət xüsusiyyətlərini nəzərə almaqla tətbiq edir, onların maraqlarını qorumağa və qarşıya qoyduqları hədəflərə çatmağa kömək edən real və praktiki həllər təklif edirik. Məqsədimiz hər mərhələdə aydın hüquqi istiqamət göstərmək və müştərilərimizin daha inamlı və əsaslandırılmış qərarlar qəbul etməsinə dəstək olmaqdır.

Cabir Əliyev Təsisçi və İdarəedici Partnyor

Biz kimik

Hüquq şirkətimiz dövlət və özəl hüquq sahələrində formalaşmış təcrübəni kommersiya hüququ üzrə ixtisaslaşmış fəaliyyətimizlə birləşdirir. Şirkətimizin təsisçisi Cabir Əliyev tikinti hüququ və FIDIC müqavilələri, mülki məsuliyyət, konstitusiya və inzibati hüquq sahələrində 15 illik peşəkar təcrübəyə malikdir. Onun təcrübəsinə BMT, Avropa Şurası və ATƏT ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən məhkəmə islahatları layihələrində CEPEJ eksperti kimi fəaliyyəti də daxildir.

Komandamızın üzvü vəkil Ofelya Həsənova kommersiya müqavilələri, tikinti layihələri, əqli mülkiyyət və fərdi məlumatların qorunması sahələrində fəaliyyət göstərir. O, Niderlandda magistr dərəcəsi (LL.M.) almış və fərdi məlumatların qorunması üzrə CIPP/E sertifikatına yiyələnmişdir. Komandamızın digər üzvü Xanım İsmayılova isə Maltada qazandığı peşəkar təcrübə və Bolonya Universitetində aldığı hüquq təhsili ilə beynəlxalq arbitraj və transsərhəd mübahisələr üzrə şirkətin fəaliyyətinə töhfə verir.

Fəaliyyətimizin əhəmiyyətli hissəsi xarici tərəflərin iştirak etdiyi, xarici hüququn tətbiqini tələb edən və ya ölkə xaricində yerləşən müştərilərlə bağlı hüquq münasibətlərini əhatə edir. Bu səbəbdən hüquqi xidmətləri Azərbaycan, ingilis və türk dillərində göstərir, məsləhətlərimizi hazırlayarkən hüquqi məsələlərin sərhədlərarası və kommersiya baxımından mümkün nəticələrini ilkin mərhələdən nəzərə alırıq.

Hesab edirik ki, effektiv hüquqi dəstək ilk növbədə müştərilərimiz üçün nəyin vacib olduğunu anlamaqdan başlayır. Məqsədlərini, prioritetlərini və fərdi xüsusiyyətlərini diqqətlə nəzərə alaraq, hüquqi məsləhətlərimizi onların konkret ehtiyaclarına uyğunlaşdırırıq. Aydın ünsiyyətə, hərtərəfli təhlilə və müştərilərimizin qarşılaşdığı çətinliklərin praktiki baxımdan düzgün anlaşılmasına önəm veririk. Bu prinsipləri rəhbər tutaraq, müştərilərimizlə uzunmüddətli peşəkar münasibətlər qurmağa və onların ehtiyacları dəyişdikcə, yeni çağırışlarla üzləşdikcə etibar edə biləcəkləri hüquqi dəstək göstərməyə çalışırıq.

Niyə Bizi Seçməlisiniz?

Birbaşa vəkil dəstəyi

İşinizlə birbaşa səlahiyyətli vəkil məşğul olur. Bu yanaşma hüquqi problemlərin daha dəqiq anlaşılmasına, operativ kommunikasiyaya və peşəkar hüquqi dəstəyə imkan verir.

Praktiki sektor təcrübəsi

Tikinti və digər kommersiya layihələrində praktiki təcrübəmiz müqavilələr üzrə verdiyimiz hüquqi məsləhətlərin müştərilərin biznes maraqlarına və layihələrin icra proseslərinə uyğun olmasını təmin edir.

Türk və ingilis dilində peşəkar dəstək

Hüquqi məsləhət və zəruri sənədləşməni Azərbaycan dili ilə yanaşı türk və ingilis dillərində çevik və peşəkar səviyyədə təqdim edirik — tərcümə üçün əlavə vaxt və xərc tələbi olmadan.

Məxfilik və məlumatların qorunması məsləhəti

Fərdi məlumatların qorunması ilə əlaqədar həm Azərbaycan Respublikasının, həm də Avropa İttifaqının (GDPR) müvafiq qanunvericilik tələblərinə uyğun olaraq zəruri olan tədbirlər barədə ətraflı hüquqi dəstək göstəririk.

Son Yazılar

Komandamızın hüquqi qeydləri və son yazıları.

Cabir Əliyev

Cabir Əliyev

Təsisçi və İdarəedici Tərəfdaş

Probleminizi bizə yazın, mövcud sənədləri əlavə edin və sizə uyğun konsultasiya müddətini seçin. Müraciətinizi bir iş günü ərzində təsdiqləyirik. Görüşə qədər hüquqşünasımız işinizlə tanış olur və ilkin konsultasiyada sizə işin perspektivini və atılmalı addımları izah edir.

+994 55 566 68 05