Hakim icraatındakı işlə bağlı ekspertdən hüquqi rəy istəyə bilərmi?

Prosessual qanunvericilik ekspert rəyini yalnız xüsusi bilik tələb edən məsələlərlə məhdudlaşdırır. Bəs Konstitusiya Məhkəməsi hüquqi məsələlərdə niyə ekspert rəyinə əsaslanır?

Hakim icraatındakı işlə bağlı ekspertdən hüquqi rəy istəyə bilərmi?

Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır (kons. m. 1) və xalq məhkəmə hakimiyyətini məhkəmələr vasitəsi ilə həyata keçirir (kons.m.7). Hakimiyyətin mənimsənilməsi isə xalqa qarşı ən böyük cinayətdir (kons. m.6).

Yəni ki, sizin məhkəməyə çıxmış çəkişməniz barədə qanunvericiliyə görə təyin edilmiş hakim yox, hakimlik səlahiyyəti olmayan biri qərar verirsə bu artıq hakimiyyətin mənimsənilməsi sayılır.

Müəllif haqqında

Cabir Əliyev

Təsisçi və İdarəedici Partnyor

Firmanın təsisçisi və idarəedici tərəfdaşı olan Cabir Əliyev Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür; özəl hüquq və publik hüquq sahəsində 15 illik təcrübəyə malikdir. Tikinti hüququ və FIDIC müqavilələri, mülki məsuliyyət, konstitusiya və inzibati hüquq üzrə ixtisaslaşıb. Həmçinin CEPEJ eksperti kimi BMT, Avropa Şurası və ATƏT ilə məhkəmə islahatı layihələrində iştirak edib. Marmara Universitetində Dövlət hüququ üzrə PhD, İstanbul Universitetində hüquq bakalavrı dərəcələrinə malikdir.