“Woke” ideologiyası, linç mədəniyyəti və ifadə azadlığının qədim öyüdləri

Linç mədəniyyəti ifadə azadlığını necə təhdid edir? Miltondan Millə qədər ifadə azadlığının klassik arqumentlərinə qayıdış.

“Woke” ideologiyası, linç mədəniyyəti və ifadə azadlığının qədim öyüdləri

“Woke” ideologiyasının rekultavisiya edib yenidən virtual olaraq tədavülə buraxdığı linç mədəniyyətinin təsirləri, episentri sayılan Qərbdə ciddi əks-reaksiyalar doğurduğu üçün öləziməyə başlasa da bizim kimi dünyanı geridən izləyən cəmiyyətlərdə xüsusi ilə qadın-kişi münasibətləri kontektsində təkəm seyrək də olsa əlavə təkanlarla zaman zaman ərz-i əndam etməyə davam edir. Qərbdə xüsusi ilə “Harry Potter” kitablarının müəllifi və kifayət qədər liberal olan J.K.Rowlingin “qadın” əvəzinə “reql olan insan” ifadəsini tənqid etdiyi üçün linçə məruz qalması, bu tendensiyanın ifadə azadlığı üçün necə bir təhlükə yaratdığının simvolik və trajikomik nümunələrindəndir.

Bizdəki linçin konteksti ilə “klassik”lər arasında maraqlı paralelliklər var. Bu yazı “woke” ideologiyasına rəddiyə-filan deyil təbii ki… Sadəcə bu xəbis azğınlığa qarşı ifadə azadlığının qədim öyüdlərini yada salmaq cəhdidir, bu minvalla oxunsun lütfən…

Müəllif haqqında

Cabir Əliyev

Təsisçi və İdarəedici Partnyor

Firmanın təsisçisi və idarəedici tərəfdaşı olan Cabir Əliyev Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür; özəl hüquq və publik hüquq sahəsində 15 illik təcrübəyə malikdir. Tikinti hüququ və FIDIC müqavilələri, mülki məsuliyyət, konstitusiya və inzibati hüquq üzrə ixtisaslaşıb. Həmçinin CEPEJ eksperti kimi BMT, Avropa Şurası və ATƏT ilə məhkəmə islahatı layihələrində iştirak edib. Marmara Universitetində Dövlət hüququ üzrə PhD, İstanbul Universitetində hüquq bakalavrı dərəcələrinə malikdir.