Ali Məhkəmənin “icra mümkünsüzlüyü” qərarında plagiat problemi və Türk hüququndan yanlış iqtibasların fəsadları

Ali Məhkəmə başlanğıcdakı icra mümkünsüzlüyünü əqdin etibarsızlıq əsası kimi qəbul edərkən Mülki Məcəllə ilə uzlaşmayan Türk hüququ yanaşmasına əsaslanıb. Bu yanaşma nə dərəcədə əsaslıdır?

Ali Məhkəmənin “icra mümkünsüzlüyü” qərarında plagiat problemi və Türk hüququndan yanlış iqtibasların fəsadları

This article is available in Azerbaijani only.

Bir müddətdir Ali Məhkəmə qərarlarında Türk hüququnun ciddi təsirini hiss etməmək mümkün deyil. Xüsusi ilə şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı Plenum qərarında bu təsir pik həddinə çatmışdı. Özlüyündə bu tendensiya o qədər də pis deyil. Türk inzibati və mülki hüququnun nisbi demokratik/elmi ənənəsini, Türkiyədə müasir tendensiyaları izləyən akademik çevrələrin olduğunu, akademik mətnlərin bolluğunu, Türk hüququnun kontinental ailəyə məxsusluğunu və əsası dil çatımlılığını nəzərə alsaq, hətta bu tendensiya yaxşıdır da demək olar.

Ancaq problem ondandır ki, bizim Ali Məhkəmənin Türk hüququndan faydalanması “sxolastik” formada həyata keçirilir. Başqa sözlə, Türk hüququ əsas götürələrək bizim qanunvericilik ona uyğunlaşdırılmağa çalışılır. Halbuki, kontinental avropa mülki hüququn institutları ümumi olaraq bir-birinə bənzəsə də, detallarda ciddi fərqliliklər var. Eyni ilə Azərbaycan Mülki Məcəlləsi də müəyyən institutlar baxımından Türkiyə Mülki və Öhdəliklər Qanunundan ciddi şəkildə fərqlənir. Ancaq təəssüf ki, Ali Məhkəmə bu fərqləri nəzərə almadığı üçün Türk hüququndan, yaxud türkiyəli müəlliflərin akademik kitablarından götürdüyü anlayışları kor-təbii şəkildə, akademik ciddilikdən uzaq formada bizim hüquqa tətbiq edir və nəticədə qanunvericiliklə Ali Məhkəmə qərarları arasında qəribə bir ziddiyyət yaranır.

About the author

Cabir Əliyev

Founder and Managing Partner

Cabir Aliyev, founder and managing partner of the firm, is a member of the Bar Association of the Republic of Azerbaijan with 15 years of experience in private and public law. He specialises in construction law and FIDIC contracts, civil liability, and constitutional and administrative law. As a CEPEJ expert, he has taken part in judicial reform projects with the UN, the Council of Europe and the OSCE. He holds a PhD in Public Law from Marmara University and a bachelor's degree in law from Istanbul University.